Azərbaycanın İrandakı səfirliyinə vəhşi hücumu hər bir sivil ölkə pisləməlidir.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tvitter hesabında paylaşımında deyib.
“Günahkarlar cəzalandırılmalıdır! Təhlükəsizlik xidmətinin igid azərbaycanlı əməkdaşları bu gün günahsız insanların həyatını xilas edib. Həlak olanın ruhu şad olsun”, - deyə o əlavə edib.