Ərdoğan Azərbaycan səfirliyinə hücumdan yazdı

17:08 - 27 Yanvar 2023

Ərdoğan Azərbaycan səfirliyinə hücumdan yazdı

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb.

 

Manset.az Qafqazinfo-ya istinaən xəbər verir ki, bu barədə Türkiyə lideri öz tviter hesabında paylaşım edib.

“Azərbaycanın Tehrandakı səfirliyinə edilən, nəticədə bir təhlükəsizlik rəisinin şəhid olduğu xain hücumu şiddətlə qınayıram. Azərbayanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır”, - deyə Ərdoğan yazıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin