Bu gün İranda ölkəmizə qarşı növbəti təxribatçı addım atılıb. Belə ki, hazırda Tehranda bir qrup fars və erməni Laçın dəhlizinin “bağlanmasına” qarşı etiraz aksiyası keçirir.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda İran kəşfiyyatına yaxınlığı ilə bilinən və uzun illərdir ölkəmizə qarşı təxribatla məşğul olan “azariha.org” xəbər portalının “Azariha” Teleqram kanalı məlumat yayıb.