Qadınlar üçün məcburi hərbi xidmət

15:53 - 27 Yanvar 2023

Qadınlar üçün məcburi hərbi xidmət

Danimarkada qadınlara hərbi xidmətin məcburi olması təklif edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Danimarka baş nazirinin müavini və müdafiə naziri Ceykob Elleman-Censen ordunun potensialını artırmaq məqsədilə qadınlar üçün hərbi xidmətin icbari edilməsi planını açıqlayıb.

O, qadınların silahlı qüvvələrə daxil edilməsinin ölkənin NATO tələblərini yerinə yetirməsinə kömək edəcəyini, qadınların olması isə ordu üçün “faydalı” olacağını deyib.

Hazırda Danimarkada qadınlar könüllü olaraq orduya qatıla bilər, kişilər isə lotereya sistemi ilə çağırıldığı təqdirdə qanuni olaraq maksimum 4 ay xidmət edirlər.

Manşet.az

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin