İran erməni terroristlərinin hərəkətlərini davam etdirir - Deputat

15:45 - 27 Yanvar 2023

İran erməni terroristlərinin hərəkətlərini davam etdirir - Deputat

“Azərbaycanın İrandakı səfirliyinə hücum birmənalı olaraq lənətlənməlidir. İran rejimi erməni terroristlərinin hərəkətlərini davam etdirir”.

 

Manset.az xəbər verir ki, bunu Bakupost.az-a millət vəkili Etibar Əliyev deyib.

Onun sözlərinə görə, torrorçular həmişə diplomatik missiyanı həyata keçirənləri hədəf alır:

“1983-cü ilin 27 iyununda erməni terroristləri Türkiyənin Lisabbondakı səfirliyinə hücum edib, 7 səfirlik əməkdaşını öldürüblər. 12 mart 1985-ci ildə erməni terroristləri Türkiyənin Ottavadakı səfirliyinə hücum ediblər, 1 nəfər öldürülüb, səfir yaralanıb. Londondakı səfirliyimizə hücum bizi sarsıtmadı. Biz qalib xalqıq və heç bir dövlətin təhdidindən qorxmuruq. Gerizəkalı İran rejimi ermənilərin terrorçu hərəkətlərini davam etdirməklə heç nəyə nail olmayacaq. Məsciddə donuz saxlayan millətlə hansı ortaq dəyərlərə üstünlük vermələrini özləri bildiriblər”.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin