Zaporojya AES ətrafında şiddətli partlayışlar baş verir - MAQATE

15:31 - 27 Yanvar 2023

Zaporojya AES ətrafında şiddətli partlayışlar baş verir - MAQATE

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynadakı Zaporojya Atom Elektrik Stansiyasının (ZNPP) ətrafında hərbi fəaliyyət nəticəsində törədilən şiddətli partlayışlar barədə xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, MAQATE komandası bildirib ki, elektrik stansiyasında partlayışlar demək olar ki, hər gün baş verir.

Avstriyada yerləşən MAQATE-nin Baş Direktoru Rafael Qrossi, “Son günlər və həftələr ərzində demək olar ki, hər gün MAQATE-nin obyektdəki nüvə təhlükəsizliyi və təhlükəsizlik komandası Vyanadakı qərargahına belə hadisələr barədə məlumat verib. Bəzi partlayışlar Avropanın ən böyük atom elektrik stansiyasından (AES) bir qədər aralıda, digərləri isə stansiyaya daha yaxında baş verib” - deyib.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin