Bu futbolçunun “Qarabağ”a transferi alınmadı

15:12 - 27 Yanvar 2023

Bu futbolçunun “Qarabağ”a transferi alınmadı

“Qarabağ” Danimarkanın “Hobro” klubunun futbolçusu Lusius Don Didsonu transfer etmək istəyib.

 

Manset.az xəbər verir ki, bu barədə “Bold.dk” məlumat yayıb. Nəşrin məlumatına görə, 22 yaşlı vinger karyerasını Danimarkada davam etdirmək istədiyi üçün Ağdam təmsilçisinin təklifini qəbul etməyib. Haitili futbolçu "Qarabağ"ın uzunmüddətli müqavilə təklifini geri çevirib.
 
Qeyd edək ki, Lusius Don Didson 2019-cu ilin yayından “Hobro”da çıxış edir. Onun klubla müqaviləsi bu ilin yayına kimidir.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin