“Tehranda səfirliyimizə edilmiş silahlı hücuma görə İran bilavasitə məsuliyyət daşıyır” - Səttar Möhbalıyev

14:45 - 27 Yanvar 2023

“Tehranda səfirliyimizə edilmiş silahlı hücuma görə İran bilavasitə məsuliyyət daşıyır” - Səttar Möhbalıyev

“Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücum birmənalı şəkildə vəhşi terror aktıdır, məsuliyyətli tərəflər mütləq ifşa olunmalı və cəzalandırılmalıdır. 1961-ci ildə qəbul olunan Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərin təhlükəsizliyini diplomatik nümayəndəliyin yerləşdiyi dövlət təmin etməlidir. Baş verən hadisənin görüntülərindən də aydın olur ki, İran dövləti Azərbaycan səfirliyinin təhlükəsizliyini ya zəif təşkil edib, ya da, ümumiyyətlə, beynəlxalq hüquqla üzərinə düşən öhdəliklərə məhəl qoymayıb. Məlumdur ki, belə oxşar hadisələr İran tarixində daha çox baş verir və təşkil olunur”.

 

Manset.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, bu hadisə Azərbaycana, onun xalqına, Güneydə yaşan soydaşlarımıza, həmçinin sivil dünyaya qarşı törədilmiş xain hücumdur və mütləq beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən qınanılmalı və tədbir görülməlidir: “Səfirliyin yerləşdiyi ölkə olaraq İran bilavasitə məsuliyyət daşıyır və Azərbaycan tərəfinə rəsmi cavab verməlidir. Hazırda terror aktının izini itirmək üçün müxtəlif bəhanələrə əl atılır, hadisəyə məişət donu geyindirməyə çalışırlar. Amma bu faciə, qanlı hadisə dəqiq araşdırılmalı, motivləri obyeyktiv açıqlanmalıdır”.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin