ABŞ-ın Vaqnerə qarşı ittihamlarına Kremldən CAVAB

14:20 - 27 Yanvar 2023

ABŞ-ın Vaqnerə qarşı ittihamlarına Kremldən CAVAB

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Vaqner qruplaşmasını "mühüm transmilli cinayət təşkilatı" olaraq təyin etməsi ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov, ABŞ-ın uzun müddətdir Rusiyanın təhlükəsizlik şirkəti “Wagner”i "şeytanlaşdırmaq" üçün açıqlamalar verdiyini ifadə edərək, "Vaşinqtonun bu cür açıqlamaları əsassızdır. Biz heç vaxt açıq-aşkar bir iddia görməmişik və oxumamışıq. Mərkəzi Afrika Respublikasından danışırlar, amma ictimaiyyətə heç bir sübut təqdim edilmir. Bu, Vaşinqtonun bəyanatlarının mənasını əhəmiyyətli dərəcədə aşağı salır. Vaqneri şeytanlaşdırmaq üçün Vaşinqtondan ilk dəfə deyil ki, belə bəyanatlar eşidirik. Bu, uzun illərdir ki, davam edir” – deyib.

Manşet.az

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin