Aİ miqrasiyanı yenidən gündəmə gətirir

12:46 - 27 Yanvar 2023

Aİ miqrasiyanı yenidən gündəmə gətirir

Avropa İttifaqı üzvləri arasında ən mübahisəli məsələlərdən biri olan miqrasiya uzun fasilədən sonra 9-10 fevral tarixlərində keçiriləcək Aİ Liderlər Zirvə toplantısında müzakirə mövzusu olacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, miqrasiya son illərdə ittifaqa üzv dövlətlər arasında ən ciddi fikir ayrılıqlarından biri kimi gündəmə gəlib.

Suriyadakı müharibə, Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi və Rusiyanın Ukraynaya hücumundan sonra müxtəlif immiqrasiya dalğalarına məruz qalan Aİ-yə Afrika və Asiyadan gələn qeyri-qanuni miqrantların sayında artım müşahidə olunub.

2016-cı ildən bəri Aİ ölkələrinə gələn qeyri-qanuni miqrantların sayı keçən il ən yüksək həddə çatıb. 2022-ci ildə Aİ-yə 330 min qeyri-qanuni miqrant daxil olub. Bu rəqəm 2021-ci illə müqayisədə 64 faiz artım deməkdir.

Qeyri-qanuni miqrasiyanın idarə olunmasından məsul olan Aİ qurumu olan Aİ Komissiyası dörd başlıq altında qısa müddətdə irəliləyiş əldə etmək istəyir.

Bunlar xarici sərhədlərin gücləndirilməsi, sığınacaq üçün müraciət edən, lakin rədd edilənlərin geri qaytarılmasının sürətləndirilməsi, sığınacaq üçün müraciət edən ölkələrlə tənzimləmə və effektiv həmrəylik və geri dönüşlərlə bağlı Aİ üzvü olmayan ölkələrlə görüləcək işlərdir.

Manşet.az

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin