İçində insanlar olan evi yandırdı - Rusiyada faciə

12:41 - 27 Yanvar 2023

İçində insanlar olan evi yandırdı - Rusiyada faciə

Rusiyanın Altay vilayətində kişi içində adamlar olan evə od vurub.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, evdə baş verən yanğın söndürülərkən oradan 36 yaşlı ev sahibinin, onun 64 yaşlı anasının və 34 yaşlı kişinin meyiti tapılıb.

Hadisəni törədən şəxs - ev sahibinin 34 yaşlı sevgilisi saxlanılıb. Məlumata görə, o, qadınla mübahisə edib və bundan sonda evə tezalışan məhlul tökərək yandırıb.

Qadın iki uşağı yanan evdən çıxara bilib və yanğını söndürməyə çalışıb, amma özü xilas ola bilməyib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin