Azərbaycanın İrandakı səfirliyinə hücumda həlak olan əməkdaşa ŞƏHİD STATUSU VERİLDİ

10:59 - 27 Yanvar 2023

Azərbaycanın İrandakı səfirliyinə hücumda həlak olan əməkdaşa ŞƏHİD STATUSU VERİLDİ

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu dəf edərkən həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərova şəhid statusu verilib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in məlumatında bildirilib


Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb. 

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin