ABŞ UNO-nun görüntüsünü nümayiş etdirdi – Yadplanetlilər gəlir?

11:54 - 27 Yanvar 2023

ABŞ UNO-nun görüntüsünü nümayiş etdirdi – Yadplanetlilər gəlir?

ABŞ rəsmiləri 2016-cı ildə İraqın Mosul şəhəri üzərində naməlum uçan obyektin (UNO) görüntülərini paylaşıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən görüntülər 6 ildir araşdırılsa da, hələ də nə olduğu üzə çıxmayıb. Ufoloq Ceremi Korbell və jurnalist Corc Knapp sözügedən görüntüləri “Silahlanmış” podkastlarında paylaşıblar.

Pentaqonun "Naməlum Hava Hadisələri İşçi Qrupu" tərəfindən hazırlanan videoda onun nə olduğu hələ də bəlli olmayan bir kürənin ani görüntüsü yer alıb.

Sözügedən kürənin Mosul şəhərində münaqişə zonası üzərində uçduğu görülüb.

Korbell görüntüləri yerləşdirdiyi podkastda, "Bu, kəşfiyyat cəmiyyətimizdə UFO kateqoriyasındadır. Bizim hərbi və kəşfiyyat cəmiyyətinin araşdırdığı UNO-lardan birinin nümunəsidir” – deyib.

Daily Mail-ə danışan kəşfiyyat mənbəsi videonun 6 ildən artıqdır ki, ABŞ Mərkəzi Komandanlığı tərəfindən ekspertlər tərəfindən təhlil edildiyini, lakin hələ də açıqlanmadığını bildirib.

UNO-larla bağlı müddəaları özündə əks etdirən 2023-cü Maliyyə Milli Müdafiə Səlahiyyətləri Qanunu ABŞ prezidenti Co Bayden tərəfindən təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanıb.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin