"WhatsApp"da yeni funksiya tətbiq olunur - FOTO

11:42 - 27 Yanvar 2023

"WhatsApp"ın tərtibatçıları messencer üçün yeni funksiyanı açıqlayıblar. Bu "WhatsApp"ın Android üçün olan 2.23.3.4 beta versiyasında üç yeni funksiya ilə yenilənmiş mətn redaktorudur.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Birinci funksiya müxtəlif şriftlər arasında tez keçid etməyə imkan verir. Əvvəllər şrifti dəyişmək üçün hərfin üzərinə basmalı idinizsə, indi daha sürətli seçim üçün bütün şrift seçimləri klaviaturanın üstündə göstəriləcək.

İkinci funksiya mətnin sağa və ya sola, eləcə də mərkəzə doğru düzülüşünü dəyişdirməyə imkan verir. Bu, şəkillər, videolar və GIF-lərdə mətnin formatlaşdırılması üzərində daha çox nəzarətə imkanı verir. Əvvəllər istifadəçilərin belə imkanı yox idi. 

Üçüncü xüsusiyyət mətnin fonunu dəyişdirmək imkanıdır ki, bu da vacib fikirləri vurğulamağı asanlaşdırır.

Qeyd olunur ki, yenilənmiş funksiya yaxın gələcəkdə hər kəs üçün əlçatan olacaq.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin