ABŞ-dan Rusiyaya daha bir ZƏRBƏ – Rəsmi olaraq qəbul edildi

11:37 - 27 Yanvar 2023

ABŞ-dan Rusiyaya daha bir ZƏRBƏ – Rəsmi olaraq qəbul edildi

ABŞ Rusiyanın muzdlu şirkəti “Vaqner”i rəsmən “beynəlxalq cinayət təşkilatı” elan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Rusiyanın Ukraynaya qarşı mübarizə imkanlarını azaltmaq üçün yeni sanksiyaların tətbiq edildiyi açıqlanıb.

Rusiyanın muzdlu şirkəti “Vaqner”in rəsmən beynəlxalq cinayət təşkilatı elan edildiyini qeyd edən nazirlik, Vaqnerin Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsini dəstəklədiyini və Rusiyanın dəstəklədiyi bütün dünyada döyüş əməliyyatlarında iştirak etdiyini qeyd edib. Putinin Ukraynada müharibənin davam etdirilməsi üçün Vaqnerə güvəndiyini ifadə edən nazirlik, Vaqnerin Afrika ölkələrinə də müdaxilə etdiyini və sabitliyi pozduğunu, geniş insan haqları pozuntularına yol verdiyini və ölkələrin təbii sərvətlərini mənimsədiyini açıqlayıb.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin