Tramp Ukraynadakı münaqişəni bir günə həll edə biləcəyini AÇIQLADI

10:37 - 27 Yanvar 2023

Tramp Ukraynadakı münaqişəni bir günə həll edə biləcəyini AÇIQLADI

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail ola bilər.

 

Manset.az xəbər verir ki, “İndi mən ABŞ-nin prezidenti olsaydım 24 saat ərzində bu dəhşətli müharibənin sona çatması ilə bağlı danışıqlar apara bilərdim”, - deyə o bildirib.

Qeyd edək ki, buna qədər Tramp ABŞ-nin hazırkı Prezidenti Co Bayden administrasiyasının Ukrayna ilə bağlı hərəkətlərini şərh edərkən bəyan etmişdi ki, Kiyevə milyonlarla dollarlıq yardım göndərilməməli, münaqişəyə razılaşma ilə son qoyulmalıdır.

Bundan əlavə, Tramp ABŞ-nin hərəkətlərinə görə Ukraynadakı münaqişənin dünya müharibəsinə gətirib çıxara biləcəyini bildirib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin