İŞİD liderlərindən olan Bilal əl-Sudani öldürülüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Somalidəki əməliyyatda terror təşkilatı DEAŞ-ın öndə gələn adlarından Bilal əl-Sudani və təşkilatın 10 üzvünün öldürüldüyünü açıqlayıb.
Rəsmilər qeyd edib ki, onlar ABŞ-ın digər mühüm müttəfiqlərini, o cümlədən Somali hökumətini terrorla mübarizə əməliyyatı ilə bağlı məlumatlandırıblar.
Manşet.az