Qəzada yaralanan 13 yaşlı Turan da VƏFAT ETDİ

09:38 - 27 Yanvar 2023

Qəzada yaralanan 13 yaşlı Turan da VƏFAT ETDİ

Yanvarın 13-də Mingəçevir şəhəri Samux küçəsində baş vermiş ağır qəzada yaralanan 13 yaşlı Turan Rəsulzadə vəfat edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, dünən Mingəçevir Şəhər Xəstəxanasında dünyasını dəyişib. Ondan bir neçə gün əvvəl isə həmin qəzada yaralanan 1962-ci il təvəllüdlü Yolçu Cavadov da vəfat edib. Beləliklə, dəhşətli yol qəzasında vəfat edənlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, hadisə zamanı Əhməd Əhmədovun idarə etdiyi “Qaz 31” ilə Ülvi Hətəmovun sürdüyü “Mersedes Benz C” markalı avtomobillər toqquşub.

Nəticədə “Qaz 31”də olan sərnişinlərdən 1983-cü il təvəllüdlü Azər Manafov hadisə yerində dünyasını dəyişib. Sürücü Ə.Əhmədov və sərnişinləri Yolçu Cavadov və Turan Rəsulzadə xəstəxanaya yerləşdirilmişdi.

Faktla bağlı Mingəçevir ŞPŞ-də CM-in 263.3-cü maddəsi cinayət işi üzrə istintaq davam etdirilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin