Qəzza zolağından İsrailə 2 raket atılıb - VİDEO

09:31 - 27 Yanvar 2023

Qəzza zolağından İsrailə 2 raket atılıb - VİDEO

Yanvarın 26-dan 27-nə keçən gecə Qəzza zolağından İsrail ərazisinə iki raket atılıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağından iki raket buraxılıb. raketlər ölkənin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilərək zərərsizləşdirilib", - deyə məlumatda deyilir. 

Qeyd edək ki, bir müddət öncə ordunun mətbuat xidməti İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın bir neçə əraziyə hava hücumu sirenlərinin işə salındığını bildirmişdi.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin