Finlandiya və İsveçin NATO-ya qəbulu Türkiyənin F-16-ları almasına kömək edə bilər

23:56 - 26 Yanvar 2023

Finlandiya və İsveçin NATO-ya qəbulu Türkiyənin F-16-ları almasına kömək edə bilər

"Türkiyə Finlandiya və İsveçin NATO -ya qəbulunu təsdiq edərsə , ABŞ Konqresinin Ankaraya F-16 qırıcılarının satışına daha müsbət baxa bilər". 

 

Manset.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Konqres Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı deyib .

Dövlət katibinin müavininin qeyd etdiyi kimi, ABŞ administrasiyası Finlandiya və İsveçin NATO-ya üzv olmağa hazır olması ilə razılaşır.

O qeyd edib ki, bu ölkələrin alyansa qoşulması ilə bağlı protokollar Macarıstan və Türkiyə istisna olmaqla, hamı tərəfindən ratifikasiya olunub .

Onun sözlərinə görə, Ankara ilə Vaşinqton arasında hər söhbətdə bu məsələ qaldırılır  .

“Biz türk müttəfiqlərimizə demişdik ki, Konqres yəqin ki, Türkiyə tərəfindən protokolların ratifikasiyasından sonra buna daha müsbət yanaşacaq  - Nuland bildirib.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesi Ankara və Vaşinqton arasında F-16 qırıcıları ilə bağlı razılaşmadan ayrı getməlidir .


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin