Aİ-Azərbaycan arasında sazişlə bağlı danışıqlar yüksək mərhələdədir

23:14 - 26 Yanvar 2023

Aİ-Azərbaycan arasında sazişlə bağlı danışıqlar yüksək mərhələdədir

Avropa İttifaqı və Azərbaycan arasında sazişin imzalanması ilə bağlı danışıqlar yüksək mərhələdədir.

 

 

Manset.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko yanvarın 26-da nümayəndəliyin fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, Avropa İttifaqı ötən 15 il ərzində Azərbaycanda ümumi büdcəsi 225 milyon avrodan çox olan 400 layihə həyata keçirib. Bu layihələr müxtəlif sahələri, o cümlədən iqtisadiyyat, vətəndaş cəmiyyəti, təhsil və ərzaq istehsalı sahələrini əhatə edir.

P.Mixalko vurğulayıb ki, yaşıl enerji sahəsində və Qaradənizdə yüksəkgərginlikli sualtı elektrik xətti layihəsi əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir. Bildirib ki, Avropa İttifaqı alternativ enerji mənbələri, rəqəmsal keçid, müasir texnologiyaların bütün sahələrdə istifadəsi, orta və kiçik biznesin dəstəklənməsi, kənd təsərrüfatının inkişafı, “Ağıllı şəhər” layihəsinin reallaşdırılmasına dəstək məqsədilə Azərbaycana yeni dəstək paketi təqdim edib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin