Naxçıvanda aksizsiz tütün məmulatları və spirtli içkilər dövriyyədən çıxarılıb.
Manset.az xəbər verir ki, MR DİN-in Cinayət Axtarış İdarəsinin əməkdaşları "Çəmən” marketdən satışı qadağan edilmiş aksiz markasız spirtli içkillər və tütün məmulatları aşkarlayaraq dövriyyədən çıxarılmasını təmin ediblər.
.
Bu kimi tədbirlərin davamı olaraq Şərur Rayon Polis İdarəsinin əməkdaşları da Siyaqut kəndində kiçik biznes fəaliyyəti ilə məşğul olan vətəndaşdan aksizsiz müxtəlif markalarda siqaretlər aşkarlayaraq götürüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.