Axtarışda olan şəxsin meyiti tapıldı

21:58 - 26 Yanvar 2023

Axtarışda olan şəxsin meyiti tapıldı

Sabirabadda axtarışda olan 34 yaşlı kişinin meyiti tapılıb.

 

Manset.az xəbər verir ki, Saatlı rayonunun Cəfərxan kənd sakini, 1989-cu il təvəllüdlü Şükürov Sübhan Ümidvar oğlunun meyiti Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində aşkar edilib.

İlkin məlumata görə, S. Şükürov yanvarın 24-də evdən çıxıb bir daha qayıtmayıb. Onun tapılması istiqamətində axtarışlar aparılırmış.

Mərhumun ruhu xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. //Report.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin