İlham Əliyevin Ərdoğanla görüşü oldu - YENİLƏNİB
6 Noyabr 2024
18:26 - 25 Avqust 2021
Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Krım Ukraynadır” açıqlamasına münasibət bildirib.
Manşet.az xəbər verir ki, Peskov Rusiyanın Türkiyəyə və başqa ölkələrə Krımla bağlı real vəziyyəti çatdırmaq məsələsində səbri olduğunu bildirib. O, Rusiya-
Türkiyə münasibətlərinin partnyorluq münasibətləri olduğunu və ticari-iqtisadi və investisiya əməkdaşlığına söykəndiyini vurğulayıb:
“Lakin bu münasibətlərdə əhəmiyyətli fikir ayrılıqları olmadığı mənasına gəlmir. Vacib fikir ayrılıqlarından biri də Krım mövzusu ilə bağlıdır. Türkiyəli məsləkdaşımızın bu mövqeyini qəbul etmirik və bunun tamamilə yanlış olduğunu düşünürük”.
Peskov fikir ayrılıqlarının dialoq yolu ilə həll edilməsi gərəkdiyinə inamını ifadə edib. Kreml sözçüsü söyləyib ki, Krımla bağlı real vəziyyəti izah etməyə hazırdır.
Qeyd edək ki, M.Çavuşoğlu bundan əvvəl Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını deyib və o, Krımın qanunsuz işğalını heç vaxt tanımayacaqlarını deyib. O, həmçinin “Krım” Ukraynadır ifadəsini işlədib.ölkə.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin