Ustanı elektrik cərəyanı vuraraq öldürdü

18:24 - 25 Avqust 2021

Ustanı elektrik cərəyanı vuraraq öldürdü

Bakıda usta elektrik cərəyanı vurması nəticəsində ölüb.

Manşet.az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Moskva prospekti 75 a ünvanında qeydə alınıb. Belə ki, orada yerləşən binanın fasadında təmir işləri aparan Ceyhun adlı ustanı elektrik cərəyanı vurub.

Usta binada təmir işləri aparan digər şəxslərin köməkliyi ilə aşağı düşürülüb və ona ilkin yardım göstərilməsinə başlanılıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin təcili yardım gələnə qədər həmin şəxs keçinib.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin