“Şərəf” ordeni ilə təltif edilən Əli Əhmədov Prezidentə təşəkkür etdi

14:43 - 26 Yanvar 2023

“Şərəf” ordeni ilə təltif edilən Əli Əhmədov Prezidentə təşəkkür etdi

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev sərəncamı ilə Əli Cavad oğlu Əhmədov  Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Manset.az-ın əməkdaşı Əli Əhmədovla əlaqə saxlayıb. Baş nazirin müavini yüksək diqqətə görə öz minnətdarlığını bildirib:

“Cənab Prezident çox sağ olsun mənə yüksək qiymət verib. Mənim də borcum ondan ibarətdir ki, verilən qiymətə öz fəaliyyətimlə layiqli cavab verim. Bütün vətəndaşlarımız kimi hesab edirəm ki, bu mənim fəaliyyətimə verilən yüksək dəyərdir. Bu prezidentimizin Azərbaycanın inkişafı üçün göstərdiyi xidmətlərin yanında və eyni zamanda vətəndaşlarına və onun ətrafında olan insanların fəaliyyətinə verilmiş yüksək bir qiymətdir. Böyük minnətdarlığımı və təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Ə.Əhmədov 1953-cü il yanvarın 27-də anadan olub. Sabah onun 70 yaşı tamam olur.

 

Famil Fərhadoğlu

Manşet.az
 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin