<

Ukrayna ordusu bir gecədə 24 ədəd “Shahed" PUA-sını vurdu

14:41 - 26 Yanvar 2023

Ukrayna ordusu bir gecədə 24 ədəd “Shahed

Ötən gecə Rusiya işğalçıları İran istehsalı olan “Shahed-136/131” kamikadze PUA-ları ilə Ukraynaya hücumları bərpa ediblər.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, PUA-ların hücumu Azov dənizinin şərq sahillərindən həyata keçirilib.

İlkin məlumatlara görə, düşmən 24 "Shahed" PUA-sından istifadə edib .

"Hücuma keçən 24 PUA-nın hamısı Ukrayna Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə, zenit-raket bölmələri, qırıcı təyyarələr və mobil atəş qrupları tərəfindən məhv edilib", -deyə məlumatda bildirilir.

İran PUA-ları ən çox Ukraynanın mərkəzi əyalətlərində - "Mərkəz" hava komandanlığının məsuliyyət zonasında məhv edilib.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin