Quran yandıran provokatordan növbəti QALMAQALLI AÇIQLAMA

14:36 - 26 Yanvar 2023

Quran yandıran provokatordan növbəti QALMAQALLI AÇIQLAMA

Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quran yandırması ilə bağlı yeni açıqlama verib. 

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə, Quranı yandırmaq onun ideyası olmayıb.

Əvvəlki açıqlamasında bu hərəkətlə məqsədinin “Türkiyəyə qol vurmaq olduğunu, lakin işlərin onun düşündüyü kimi getmədiyini” deyən Paludan İsveçin “Expressen” qəzetinə verdiyi açıqlamada jurnalist Çanq Frikin ona rəhbərlik etdiyini iddia edib.

Frik isə Paludanla əlaqə saxladığını, lakin Quranın yandırılmasını müzakirə etmədiklərini deyib. İlk olaraq Ərdoğana qarşı nümayiş keçirəcək fəallarla əlaqə saxladığını bildirən Frik müsəlmanlara qarşı təxribatı deyil, Türkiyəyə qarşı etiraz aksiyasını dəstəklədiklərini vurğulayıb.

Digər tərəfdən, dünən İsveçin Aftonbladet qəzetinə danışan jurnalist təxribatın İsveçin NATO-ya üzvlük prosesini çətinləşdirdiyinə dair iddiaları təkzib edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin