<

Gömrükdəki əməliyyatda saxlanılan şəxsin klimliyi bilindi

14:30 - 26 Yanvar 2023

Gömrükdəki əməliyyatda saxlanılan şəxsin klimliyi bilindi

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinin 3 idarəsində əməliyyat keçirilib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində pul vəsaitlərinin qanunsuz dövriyyəsində şübhəli bilinən gömrük əməkdaşı saxlanılıb.

Məlumata görə, Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyinin əməkdaşı Cavid Məmmədov saxlanılıb.

O, gömrük orqanlarına bəyan edilməmiş vəsaitlərin dövriyyəsini aparmaqda şübhəli bilinir. Belə ki, C.Məmmədov TIR sürücüləri vasitəsilə qeyri-qanuni maliyyə maxinasiyası həyata keçirməkdə ittiham edilir. İlkin məlumata görə, C.Məmmədov ölkəyə dollar, rubl keçirmək istəyərkən saxlanılıb.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin