<

Ukraynanın bu bölgələrinə hava zərbələri endirildi

14:22 - 26 Yanvar 2023

Ukraynanın bu bölgələrinə hava zərbələri endirildi

Rusiyanın Ukraynanın bəzi bölgələrinə hava zərbələri endirdiyi bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Rusiya döyüş təyyarələrinin Ukraynaya 30-dan çox raket atdığını açıqlayıb.

İqnat qeyd edib ki, Rusiyanın Murmansk vilayətindən 6-ya yaxın Tu-95 döyüş təyyarəsi havaya qalxaraq raket zərbələri endirib.

Digər tərəfdən, Kiyev meri Vitali Kliçko Telegram-da verdiyi açıqlamada paytaxtda partlayış səslərinin eşidildiyini bildirib.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak sosial media hesabından verdiyi açıqlamada rusların atdığı ilk raketlərin havada vurulduğunu bildirib.

Manşet.az


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin