<

Rusiyaya kəşfiyyat məlumatları sızdıran şəxs saxlanıldı

14:11 - 26 Yanvar 2023

Rusiyaya kəşfiyyat məlumatları sızdıran şəxs saxlanıldı

Almaniyanın Münhen şəhərində Rusiyaya kəşfiyyat məlumatları sızdırdığı iddiası ilə Almaniya vətəndaşı saxlanılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya Baş Prokurorluğu bildirib ki, Almaniya vətəndaşı Münhen hava limanında Rusiyaya kəşfiyyat məlumatı ötürdüyü iddiası ilə vətənə xəyanətdə şübhəli bilinərək saxlanılıb.

Prokuror verdiyi açıqlamada Artur E. kimi tanınan şəxsin bazar günü ABŞ-dan Almaniyaya gəldiyi zaman həbs edildiyini açıqlayıb.

Onun Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) Rusiyaya casusluqda şübhəli bilinərək dekabr ayında həbs edilən əməkdaşı Karsten L.-nin ortağı olduğu bildirilir.

Prokurorun ifadəsinə görə, Almaniya kəşfiyyatının əməkdaşı olmayan Artur E.-nin Carten L.-dən aldığı məlumatları Rusiya kəşfiyyat xidmətinə ötürdüyü güman edilir.

Manşet.az


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin