<

“Putin mənim üçün heç kimdir” - Zelenski

13:42 - 26 Yanvar 2023

“Putin mənim üçün heç kimdir” - Zelenski

“Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar mənim üçün maraqlı deyil”.

 

Manset.az “Qafqazinfo”ya istinaadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “SkyNews”a müsahibəsində “Putinlə görüş müharibəni dayandırmağa kömək edə bilərmi?” sualına cavab verərkən deyib.

“Bu, mənə maraqlı deyil. Onunla görüşmək, danışmaq maraqlı deyil. Rusiyada qərarları kimin qəbul etdiyini həqiqətən anlamıram. Sadəcə onların müharibəni mümkün qədər tez dayandırmasını və ölkəmizi tərk etməklərini istəyirəm”, - deyə Zelenski qeyd edib. 

Həmçinin danışıqlar üçün artıq həddindən artıq gec olub-olmamasına dair suala Zelenski “Genişmiqyaslı hücumdan sonra Putin mənim üçün heç kimdir” cavabını verib.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin