<

Armen Qriqoryanın avtomobili qəzaya düşdü - FOTO

12:50 - 26 Yanvar 2023

Armen Qriqoryanın avtomobili qəzaya düşdü - FOTO

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın xidməti avtomobili qəza törədib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Shamshyan.com" portalı yayıb.

Məlumata görə, qəza bu gün səhər saatlarında baş verib.

Qriqoryanın sürücüsünün idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobil ilə "Range Rover" markalı avtomobil toqquşub. 

Qəza zamanı Qriqoryan avtomobildə olmayıb.

Tərəflər qəzaya görə bir-birini günahlandırıb.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin