<

Ukraynanın bu şəhərində dinc sakinlər təxliyə edilir

12:50 - 26 Yanvar 2023

Ukraynanın bu şəhərində dinc sakinlər təxliyə edilir

Ukraynanın Bəhmut şəhərində dinc sakinlər güclü bombardmanlar altında təxliyə edilir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Donetsk vilayətinin Bəhmut şəhəri şiddətli toqquşmalar nəticəsində xarabalığa çevrildiyi halda, burada qalan dinc sakinlər güllələr altında həyat mübarizəsi aparır.

Rus qüvvələrinin mühasirəyə almağa çalışdığı Bəhmuta gedən yollar da güclü bombardman altındadır.

Ukrayna ordusunun nəzarəti altında olan şəhər və ətraf yaşayış məntəqələrində qalan mülki əhalinin təxliyyəsi çox çətin şəraitdə davam edir.

Ukrayna Daxili İşlər Nazirliyinin rəsmiləri zirehli texnikası ilə münaqişə bölgəsinə daxil olaraq hücumların artdığı Bəhmutda dinc sakinləri təhlükəsiz ərazilərə aparır.

Manşet.az


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin