<

“Ermənistan regional layihələrdən kənarda qala bilər”- Kamaləddin Qafarov

12:35 - 26 Yanvar 2023

“Ermənistan regional layihələrdən kənarda qala bilər”- Kamaləddin Qafarov

“Ölkə Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirakı zamanı moderatorun suallarını cavablandırarkən Orta Dəhlizin bir çox üstünlüklərini qeyd edib.

Bu ildən etibarən Azərbaycanın neftin tranzitini artıq həm də Qazaxıstandan etməyə başladığını diqqətə çatdıran Prezidentimiz bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialının mövcudluğunu qeyd etdi və bildirdi ki, bunun üçün də bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır.”

Manset.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Prezident İlham Əliyevin tezliklə Bakıda azad iqtisadi zonanın açılışı ilə bağlı verdiyi açıqlamanın da əhəmiyyətini qeyd edib: “Möhtərəm dövlət başçımız bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmağın vacibliyini vurğulamaqla yanaşı, ölkəmiz üçün bunun yeni iş yerlərinin açılması və yerli istehsalın daha da artması baxımından da xüsusilə əhəmiyyətli olduğunu qeyd etdi. Məhz bu səbəbdən Azərbaycan hazırda iqtisadiyyatın şaxələndirilməsi üzərində ciddi iş aparır ki, bu da ölkəmizə ixracı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşməsi Azərbaycan üçün əlavə biznes imkanları yaradır. Prezident İlham Əliyev tezliklə Bakıda, dəniz limanının yaxınlığında yerləşən azad iqtisadi zonanın açılışı olacağını diqqətə çatdırdı və bildirdi ki, bu azad iqtisadi zona istehsal müəssisələrinin fəaliyyəti və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq. Əlbəttə ki, uğurun əldə olunması üçün biznes mühitinin təkmilləşdirilməsi mühüm amillərindən biridir. Lakin təkcə biznes mühiti kifayət deyil, tərəfdaş ölkələr arasında siyasi əlaqələrin vəziyyəti də son dərəcə mühümdür. Bu baxımdan qlobal miqyasda ən mehriban münasibətlərə əsaslanan Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə, Gürcüstan-Türkiyə ikitərəfli əlaqələri və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri həqiqətən də unikallığı ilə seçilir. Beləliklə, beynəlxalq dəhlizin bu tərəfində bütün məsələlər həll olunub. Lakin dövlətimizin başçının dediyi kimi, Şərq-Qərb istiqamətinin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq istiqamətinin də əhəmiyyətini nəzərdən qaçırmaq olmaz. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlsə də, artıq yüklərin əks istiqamətdə daşınması barədə də düşünmək lazımdır.”

K.Qafarov Ermənistanın bütün bu layihələrdən təcrid olunmasının yeganə səbəbkarının bu ölkənin öz hökuməti olduğuna dair Prezident İlham Əliyevin verdiyi birmənalı açıqlamaların ünvanlı mesaj xarakteri daşıdığını qeyd edib: “Panel iclasda iştirak edən Avropa təmsilçisi, komissar Yoxannes Han bu önəmli beynəlxalq tədbirdə üç Cənubi Qafqaz ölkəsindən yalnız ikisinin, Azərbaycan və Gürcüstanın iştirak etdiklərini diqqət mərkəzinə çəkməklə müzakirələri müəyyən qədər Azərbaycan-Ermənistan münasibətlərinə yönəltməyə çalışdı. Lakin cənab Prezident İlham Əliyev bu kimi eyhamlara hər zaman açıq və birmənalı ifadələrlə cavab verir. Ermənistanla münasibətlərin hazırda faktiki olaraq “havadan asılı” vəziyyətdə olmasının yeganə səbəbi, əlbəttə ki, Azərbaycanın beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifinə rəsmi İrəvanın hələ də cavab verməməsidir. Ermənistan üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Azərbaycan və Gürcüstanın birgə irəli sürdükləri təklifi də rədd edib. Təbii ki, belə olan vəziyyətdə Ermənistan hələ uzun müddət bütün regional layihələrdən kənarda qalacaq. Azərbaycanın irəli sürdüyü təkliflər isə, əlbəttə ki, daim masa üzərində qala bilməz. Odur ki, Ermənistan hökuməti bütün bu məsələlər barədə yaxşı-yaxşı düşünməlidir”.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin