ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində 25 mərtəbəli binanın 15-ci mərtəbəsində yanğın baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanğın qısa müddətdə daha 9 mərtəbəyə keçib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Çikaqo Yanğınsöndürmə İdarəsi yanğının külək səbəbindən böyüdüyünü və yanğının başlamasından 90 dəqiqə sonra nəzarət altına alındığını bildirib. Səlahiyyətlilər onu da bildiriblər ki, binanın 50 yaşı var.
Manşet.az