<

Odessa YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

12:07 - 26 Yanvar 2023

Odessa YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Odessanın tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrsi və YUNESKO-nun Təhlükəli İrs Siyahılarına daxil edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, verilən status Odessanın tarixi və mədəni irsini Rusiyanın hücumlarından qorumaq məqsədi daşıyır.

Ukraynanın liman şəhəri Odessanın tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrsi və YUNESKO-nun Təhlükəli İrs Siyahılarına daxil edilib.

YUNESKO-nun baş direktoru Audrey Azuley sosial media hesabından Odessanın tarixi mərkəzinin Dünya İrs Siyahısına daxil edilməsi ilə bağlı tvitindən sitat gətirərək, Odessanı “azad şəhər, dünya şəhəri, kinoda, ədəbiyyatda və incəsənətdə iz qoymuş əfsanəvi liman” kimi təsvir edib.

Azoulay bildirib ki, bu qərar həm də Rusiya da daxil olmaqla, müqavilə bağlayan bütün üzvlərin Ümumdünya İrs obyektinin "qəsdən məhvinə səbəb olmamaq" öhdəliyinə sahib olması deməkdir.

YUNESKO-nun Parisdə keçirilən panelində verilən status Odessanın tarixi və mədəni irsini Rusiyanın hücumlarından qorumaq məqsədi daşıyır.

Manşet.az


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin