<

“Boeing” məhkəməyə verildi

11:49 - 26 Yanvar 2023

“Boeing” məhkəməyə verildi

Aviasiya nəhəngi “Boeing” 346 nəfərin ölümü ilə nəticələnən iki təyyarə qəzası ilə bağlı iddialara məhkəmədə cavab verəcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən qəzaların 737 Max tipli təyyarənin uçuş idarəetmə sistemlərindəki qüsurlardan qaynaqlandığı müəyyən edilib.

Sistemlə bağlı məlumatı açıqlamadığını bildirən şirkət 2,5 milyard dollarlıq ödənişlə güzəştə getdi.

Efiopiya və İndoneziyada baş verən qəzalarda həyatını itirənlərin yaxınları ABŞ məhkəməsində Boeing nümayəndələri ilə üz-üzə gələcək.

Bu, şirkətin iki qəzaya görə məhkəmədə rəsmi ittiham edildiyi ilk hadisədir.

Manşet.az


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin