“Ağdamdakı Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq”
18 Aprel 2024
09:58 - 26 Yanvar 2023
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) 20-yə yaxın üzvü qurumu tərk edib.
Manset.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, onların arasında Xalq artistləri Ramiz Məlik, Əbdül Mahmudov, Əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, Əməkdar rəssam Fikrət Ələkbərov, ssenarist Reyhan İsayeva və digərləri var.
Adıçəkilən üzvlər ARKİ-ni bir müddət əvvəl baş tutmuş sədr seçkilərinə etiraz əlamət olaraq tərk ediblər.
Xatırladaq ki, ötən ilin sonlarında ARKİ sədri Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu. İddialara görə, Ş. Məmmədova ARKİ üzvlərinin iştirakı olmadan seçkilər keçirib, özünü sədr elan edib.
Ötən günlərdə isə ARKİ üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin