<

Həyəcan təbili çalındı: “Səssiz qatil” 44 nəfəri öldürdü

11:40 - 26 Yanvar 2023

Həyəcan təbili çalındı: “Səssiz qatil” 44 nəfəri öldürdü

Əlcəzair Mülki Müdafiə Rəyasət Heyətinin Mətbuat və Statistika şöbəsinin müdiri, polkovnik Faruk Asur "səssiz qatil" adlandırılan dəm qazından zəhərlənmə ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Əlcəzairdə ilin əvvəlindən bu yana 44 nəfər “səssiz qatil” olaraq xarakterizə edilən dəm qazından zəhərlənərək həyatını itirib.

Səlahiyyətlilər, ölüm hallarının artmasından sonra Əlcəzair xalqını təbii qazdan istifadə mövzusunda daha şüurlu davranmağa çağırıb.

Mülki Müdafiə tərəfindən aparılan bütün səylərə və aparılan maarifləndirmə işlərinə baxmayaraq, bu rəqəmin son 3 illə müqayisədə daha çox olduğunu dəyərləndirən Asur bu müddət ərzində zəhərlənən 455 nəfərin də müalicə olunduğunu qeyd edib.

Əlcəzair hökuməti dünən təbii qaz sobalarından dəm qazından zəhərlənmə hallarının artmasından sonra hər evdə pulsuz siqnalizasiya sistemi quraşdırmaq qərarına gəlib.

Manşet.az


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin