Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi bərpa olundu - VİDEO/FOTO

11:34 - 26 Yanvar 2023

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi bərpa olundu - VİDEO/FOTO

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt layihəsinin tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisinə başlanılıb. 

 

Manset.az xəbər verir ki, avtomobil yolu 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin uzunluğu 28 km, yolun hərəkət hissəsinin eni 22.5 m, ayrıcı zolağın eni 4 m, hərəkət zolaqlarının sayı 6-dır. 

Layihə üzrə müxtəlif (əsasən boş) ərazilərdə hissə-hissə aparılan tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə icra olunur. 

Yol boyu ilkin olaraq 9 yol qovşağı, 3 avtomobil keçidi və 3 piyada keçidinin tikintisi nəzərdə tutulur.

Bu yolun tikintisi Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrini Mərdəkan - Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun tərkib hissəsi olan  Pirşağı-Novxanı-Xırdalan -M4 avtomobil yolu ilə Bakı şəhərinə daxil olmadan Bakı - Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla Respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcəkdir.

Bununla da paytaxt Bakıya 20 yanvar ərazisindən daxil olan nəqliyyat vasitələrinin sayının təqribən 20-30% azalması nəzərdə tutulur. 



Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin