Bu gün Ukrayna üçün son dərəcə yaxşı xəbərlər günüdür - Zelenski

11:28 - 26 Yanvar 2023

Bu gün Ukrayna üçün son dərəcə yaxşı xəbərlər günüdür - Zelenski

ABŞ-dan tankların göndərilməsi qərarından sonra Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski, "Bu gün Ukrayna üçün son dərəcə yaxşı xəbərlər günüdür. Tankların koalisiyası var" - deyib.

Ölkəsində Rusiyaya qarşı müharibənin davam etdiyini xatırladan Zelenski, Ukraynanın müharibədə qələbə qazanmaq üçün daha çox silaha ehtiyacı olduğunu qeyd edib.

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin