“Tesla”da rekord gəlir - RƏQƏM

10:45 - 26 Yanvar 2023

“Tesla”da rekord gəlir - RƏQƏM

Tesla 2022-ci ilin oktyabr-dekabr ayları üçün balans hesabatını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tesla ötən ilin son rübündə rekord gəlir və mənfəət əldə edib.

Müvafiq olaraq, şirkətin gəliri ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 37 artaraq 24,3 milyard dollara çatıb.

Bu dövrdə rekord səviyyəyə çatan gəlir 24,2 milyard dollarlıq bazar gözləntilərini üstələyib.

Teslanın gəliri illik müqayisədə 51 faiz artaraq 2022-ci ildə 81,5 milyard dollara çatıb.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin