<

Tanklar yalnız bu şərtlə veriləcək – ABŞ

10:21 - 26 Yanvar 2023

Tanklar yalnız bu şərtlə veriləcək – ABŞ

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Ukraynaya veriləcək tanklarda da digər silahlarda olduğu kimi, bu ölkənin ondan yalnız öz ərazisini müdafiə etmək üçün istifadə etməsi şərti var.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Prays bu tankların Ukrayna ərazisindən kənarda istifadə edilib-edilməyəcəyini açıqlamayıb. Bununla belə, sözçü deyib:

"Yalnız və yalnız bir şərt qoyulub. Bu o deməkdir ki, bizim verdiyimiz hər şey yalnız Ukraynanın özünümüdafiəsidir. Verdiyimiz hər şey ukraynalı tərəfdaşlarımızın suveren Ukrayna ərazisinin bir hissəsi kimi beynəlxalq səviyyədə tanınmış sərhədlərini səmərəli və uğurla müdafiə etmələri üçündür. Bu, ən son elan edilmiş Abrams tankları, keçən il fevralın 24-dən əvvəl təchiz etdiyimiz digər sistemlər, Stinger, Javeline kimi hava hücumundan müdafiə və zirehli deşici sistemləri üçün də keçərlidir”.

Manşet.az


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin