<

Gömrük Komitəsindəki əməliyyatın səbəbi bilindi - YENİLƏNDİ (VİDEO)

11:16 - 26 Yanvar 2023

Gömrük Komitəsindəki əməliyyatın səbəbi bilindi - YENİLƏNDİ (VİDEO)

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirdiyi əməliyyatın ilkin səbəbi məlum olub.

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, ötən gündən başlayan əməliyyat tədbirləri çərçivəsində saxlanılanlar ölkəyə gətirilən istehsal ili yeni olan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində nöqsanlara yol verməkdə ittiham edilirlər.

İlkin məlumata görə, saxlanılanlar ölkəyə gətirilən istehsal ili 2019-cu və daha təzə olan avtomobilləri əzik, zədəlli nəqliyyat vasitəsi kimi qeydiyyata alaraq rəsmiləşdirmə haqqını azaltmaq və digər nöqsanlarda şübhəli bilinirlər.

Əməliyyat zamanı avtomobilin rəsmiləşdirməsi zamanı saxtalaşdırma ilə bağlı təxminən 30-a yaxın qanunsuz sənəd aşkarlanıb.

10:40

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirilən əməliyyat zamanı saxlanılanlar var. 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, ötən gündən başlayan əməliyyat tədbirləri bu gün də davam edir. 

İlkin ehtimallara görə, əməliyyat zamanı xüsusilə maliyyə işçiləri arasında yeddi nəfər saxlanılıb, beş nəfərin isə izahatı alınıb.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

Manset.az xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir:

"Fakt Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilərək bildirilir ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir".


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin