Şəkidə yük maşını yandı

00:01 - 26 Yanvar 2023

Şəkidə yük maşını yandı

Şəkidə yük maşını yanıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın axşam saatlarında rayonun Şəki kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Ramiz Hüseyn oğlu Nəsibzadənin idarə etdiyi “Qazel” markalı yük avtomobilində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın zamanı yük maşınının yanar hissələri, yük yerində  kisələrə yığılmış kömür və ərzaq malları tamamilə yanıb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin