<

Kremldən ABŞ tankları ilə bağlı BƏYANAT

23:26 - 25 Yanvar 2023

Kremldən ABŞ tankları ilə bağlı BƏYANAT

 Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın Ukraynaya mümkün Abrams tanklarını göndərməsini dəyərləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov, ABŞ-ın Ukraynaya göndərməyi planlaşdırdığı "Abrams" tanklarının təsirinin genişlənməməsi lazım olduğunu ifadə edərək, "Bu tanklar da digərləri kimi yanacaq. Lakin onlar çox bahadır və dəyəri ilk növbədə Avropa vergi ödəyiciləri ödəyəcək. Amerikalılar həmişə olduğu kimi yaxşı qazanc əldə edəcəklər” - deyib.

Bir çox mütəxəssisin texniki baxımdan daşınmanı “absurd” hesab etdiyini vurğulayan Peskov, “Bu plan texnoloji səbəblərə görə uduzmuş plandır və daha önəmlisi onun Ukrayna Silahlı Qüvvələrinə gətirəcəyi potensial açıq şəkildə şişirdilir” – deyə əlavə edib.

Manşet.az


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin