<

Həyat üçün vacib elementləri ehtiva edən molekulyar bulud kəşf edildi

23:13 - 25 Yanvar 2023

Həyat üçün vacib elementləri ehtiva edən molekulyar bulud kəşf edildi

“James Webb” Kosmik Teleskopu vasitəsilə Yerdən təxminən 500 işıq ili uzaqlıqda həyat üçün vacib elementləri ehtiva edən molekulyar bulud kəşf edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) açıqlamasında, Ceyms Uebb Teleskopunun proqramında Buz Dövrü Layihəsi çərçivəsində araşdırmaların aparıldığı açıqlanıb.

Mütəxəssislərin Yerdən təxminən 500 işıq ili uzaqlıqda yerləşən "Xamaeleon I" adlı molekulyar buludun sıx və tədqiqi çətin olan bölgəsini James Webb Teleskopu ilə mənfi 263 dərəcədə tədqiq etdikləri bildirilib.

Tədqiq olunan molekulyar buludların indiyə qədər ölçülən ən dərin və ən soyuq buz olduğuna diqqət çəkilib.

Araşdırmada molekulyar buluddakı buzda yaşayış mühiti üçün lazım olan karbon, hidrogen, oksigen, azot və kükürd kimi bir neçə əsas elementin təsbit edildiyi və James Webb Teleskopu ilə edilən müşahidənin çox kritik bir tapıntı ola biləcəyi qeyd edilib.

Manşet.az


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin