<

NATO-dan ABŞ tankları ilə bağlı AÇIQLAMA

22:40 - 25 Yanvar 2023

NATO-dan ABŞ tankları ilə bağlı AÇIQLAMA

ABŞ prezidenti Co Bayden və administrasiyanın Abrams tankları ilə bağlı qərarından məmnun olduğunu bildirən Stoltenberq NATO müttəfiqlərinin Ukraynanın özünümüdafiəsinə dəstəkdə yekdil olduğunu qeyd edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın yüksək səviyyəli rəsmiləri Ukraynaya 31 M1 Abrams tankı və 8 M88 tank bərpa maşınının tədarük ediləcəyini açıqlayıb.

Stoltenberq bildirib ki, “Britaniyanın “Challenger” və Almaniyanın “Leopard 2” tankları ilə birlikdə bunlar Rusiyaya qarşı müharibədə ciddi dəyişiklik yarada bilər”.

Almaniya hökuməti həmçinin gün ərzində Ukraynaya 14 Leopard 2 A6 tankından ibarət eskadrilya verəcəklərini açıqlayıb.

Manşet.az


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin