<

Putin onları "işğalçı" adlandırdı

22:19 - 25 Yanvar 2023

Putin onları

Rusiya prezidenti Vladimir Putin Almaniyadakı ABŞ qoşunlarının “işğalçı” kimi ölkədə qalmağa davam etdiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniyanın İkinci Dünya Müharibəsində məğlub olduğunu xatırladan Putin, "Almaniya İkinci Dünya Müharibəsindən sonra Amerika, İngiltərə, Fransa və Sovetlər kimi dörd sektora bölündü. Sovet İttifaqı Almaniyadakı işğal statusunu sona çatdırdı. Ancaq ABŞ bunu etmədi. Amerika işğalçı qüvvələri rəsmi və qanuni olaraq Almaniya ərazisindədir. Onların sayı da kifayət qədər çoxdur. Alman siyasətçiləri özləri deyirlər ki, İkinci Dünya Müharibəsindən sonra Almaniya heç vaxt tam suveren dövlət olmayıb" - deyib.

Vladimir Putin vurğulayıb ki, müharibə nəticəsində Sovet Sosialist Respublikaları İttifaqının qoşunları Avstriyada olub, lakin oradan çıxarılıb.

Manşet.az


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin